Kriminal

Biləsuvarda çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs həbs edilib – FOTO

Sharing is caring!




Biləsuvarda çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Ona məxsus idman çantasından bir ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir