Kriminal

Cəlilabad sakininin güllələnməsinin təfərrüatı məlum oldu – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Cəlilabad rayonunda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatı bilinib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Mikayıllı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyanı sahəyə keçməsinə görə mübahisə ediblər. C.Abdiyev bu barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21:00 radələrində qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından güllə yarası alması ilə başa çatıb. O, xəstəxanaya yerləşdirilib.

Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.

Güllə xəsarətləri alan şəxsin son durumuna gəlincə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü C.Abdiyev xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona hər iki aşağı ətrafda çoxsaylı seçmə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.

09:06

Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir