Kriminal

Kişi qardaşını evə görə bıçaqladı: Elektron qolbaq taxıldı

Sharing is caring!

Abşeron Rayon Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Sabir Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır kənd ərazisində qeydə alınıb.

Belə ki, Sabir Məmmədovla qardaşı, zərərçəkmiş Qalib Məmmədov onun adına alınmış torpaq sahəsində tikilmiş evin mətbəxində evlə əlaqədar mübahisə edib. Sonra o, bıçaqla qardaşının sol qol nahiyəsinə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Sabir Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir