Kriminal

Həmkəndlisini əsgər yığıncağı üçün qurulmuş mağarda bıçaqlayan şəxsə AĞIR CƏZA

Sharing is caring!


Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıqda təqsirləndirilən Süleyman Camalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Məhkəmənin hökmü ilə Süleyman Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Süleyman Camalov qohumuna məxsus fərdi yaşayış evinin həyətində əsgər yığıncağının keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağarda olarkən münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib. 

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən Süleyman Camalov saxlanılıb. Ondan qanunsuz saxladığı “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Süleyman Camalovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir