Kriminal

Gəncədə ailə münaqişəsi zamanı yeniyetmə yaralanıb

Sharing is caring!


Gəncədə ailədaxili mübahisə qanla bitib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

Belə ki, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilovla mübahisə edib. Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.

Hadisə nəticəsində 2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir