Kriminal

Qusar-Xudat yolunda qəza: Ölən var – FOTO

Sharing is caring!


Qusar-Xudat yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə yolun Digahoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Emin Fərhad oğlu Məmmədovun idarə etdiyi “Ford” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücünün qardaşı, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Elçin Fərhad oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir