Kriminal

İki manata görə düşən dava, 17 il həbs…

Sharing is caring!


Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Samir Mehrab oğlu Məhərrəmovu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1985-ci il təvəllüdlü Fariz Mənsim oğlu Şəhniyarov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə metronun “Ulduz” stansiyasının yaxınlığındakı mağazaya gedib və spirtli içki alıb. O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib. Nəticədə Farizin Samirə 2 manat borcu yaranıb. Satıcı pulu tələb etdikdə isə tərəflər arasında mübahisə düşüb. Gecə saat 5 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu bıçaqlayıb. Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.

Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya beş ay imiş ki, işləmək məqsədilə gəlibmiş.

Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il azadlıqdan məhrumetmə cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir