Kriminal

Tanışını 50 manat borca görə döyən şəxsə AĞIR CƏZA

Sharing is caring!


Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 23 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Ağsu şəhəri, H.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, Əli Dadaşov tanışı, zərərçəkmiş Qabil Qayıbovla (şərti) mübahisəyə səbəb zərərçəkmişin ona verdiyi 50 manat borc pulu geri tələb etməsi olub. Daha sonra təqsirləndirilən şəxs yumruqları ilə, eləcə də daşla qəsdən Qabilin baş və sol baldır nahiyələrinə zərbələr vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Əli Dadaşov cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir