Dünya

FIFA və UEFA-dan azərbaycanlı futbolçunun ölümü ilə bağlı başsağlığı

Sharing is caring!


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.

Qurumun saytının yaydığı məlumata görə, müvafiq olaraq, FIFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, “Qarabağ” FK-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına FIFA və UEFA adından başsağlığı verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir