Kriminal

Azərbaycanlı qadınları xaricə aparan şəxslə bağlı QƏRAR

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Pəri Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, P.Abbasova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İdarədə aparılan araşdırma zamanı məlum olub ki, P.Abbasova müxtəlif vaxtlarda qadınları aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən alaraq, qanunsuz hərəkətlər törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir