Kriminal

Parkda tanışını kürəyindən bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən İsmayıl Qasımovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Hökmdən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiq olunmasına dair müddəa xaric olunub və o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. İsmayıl Qasımovun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

İttihama görə, hadisə 7 oktyabr 2022-ci il saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən şadlıq sarayının yaxınlığındakı istirahət parkında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü İsmayıl Qasımovla tanışı, zərərçəkmiş Ömər Novruzov zarafat ediblər. Bu zaman onunla tanışı arasında mübahisə yaranıb. Nəticədə İsmayıl üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Ömərin kürək nahiyəsindən qəsdən vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra İsmayıl Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir