Kriminal

Ağcabədi polisindən ƏMƏLİYYAT: İki nəfərdə 20 kiloqrama yaxın narkotik aşkarlandı – FOTO

Sharing is caring!


Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq Əsədov və İmran Qasımov saxlanılıb. 

X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana, İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri, evindən 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir