Kriminal

Polisdən əməliyyat: Xeyli sayda silah aşkarlandı – FOTO/VİDEO

Sharing is caring!


Zərdab Rayon Polis Şöbəsinə rayonun Sarıqaya kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Naqan” markalı tapança və altı ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində altı nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmiryol vağzalının ərazisində 2002-ci il təvəllüdlü Vüsal Nəcəfəliyev saxlanılıb.

DİN-dən verilən məlumata görə, onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, bir ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı V.Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Ərsilə kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən bir ədəd “AK-74” markalı avtomat, həmin silaha aid beş ədəd daraq, 300 ədəd patron və bir ədəd əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir