Kriminal

Qanunsuz ov edən əcnəbi CƏZALANDIRILDI – FOTO

Sharing is caring!


Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 2 330 manat məbləğində cərimələnib”, – deyə qurum rəsmisi əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir