Kriminal

Abşeronda kişi “biznes şərikini” aldatdı – MƏHKƏMƏ

Sharing is caring!


Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Amid Zeynalovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Amid Zeynalov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib. Belə ki, o, Abşeron rayonu ərazisində yaşayan zərərçəkmiş Sahib Səfərova (şərti) şərikli işlər görməyi təklif edib. Təqsirləndirilən şəxsin zərərçəkmişə Bakı şəhərində yerləşən “Mona Liza” restoranı üçün söhbətgahlar, Xocavənd rayonunun Hadrut qəsəbəsində tikiləcək fərdi evlər üçün taxta qapılar, Şəmkir rayonunda yerləşən hotel və restoran, Quba rayonunda yerləşən restoran üçün mebellərin hazırlanması ilə bağlı sifarişlər qəbul etdiyini deyib, lazımi materiallar alınmaqla sadalanan sifarişləri 1 avqust 2022-ci il tarixədək yekunlaşdırdıqdan sonra verəcəyi pulun qazanc olaraq ən azı iki qatı həcmində qaytaracağını yalandan vəd verib. O bu yolla həmin şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 17 000 manat pulu dələduzluq yolu ələ keçirib.

Daha sonra Amid Zeynalov verdiyi vədə əməl etməyib və cinayət məsuliyyətinə cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir