Kriminal

İmişlidə 11 yaşlı uşağın kanalda batması ilə bağlı cinayət işi açılıb – RƏSMİ

Sharing is caring!


“İmişlidə 23 gün əvvəl 11 yaşlı uşağın kanalda batması ilə bağlı cinayət işi açılıb, araşdırma gedir”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a bildirib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.

Həmçinin azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri bütün tədbirlər icra olunur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir