Kriminal

Keçmiş məhkum silah və narkotiklə ƏLƏ KEÇDİ – FOTO

Sharing is caring!


Lerik sakinindən silah-sursat və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi “AK-74” markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir