Dünya

Avstraliyada toyuq hinində tapılan timsah ev sahiblərini vahiməyə gətirdi – FOTO

Sharing is caring!


Hinlərində varanın yatdığını düşünən avstraliyalı ailə onun bir metrlik timsah olduğunu görəndə vahiməyə gəliblər.

Qeyd olunur ki, reptiliya hinə dırmaşaraq bütün toyuqları ürküdüb.

Timsahdan qorxan ailə xilasediciləri çağırıb. Mütəxəssislər yırtıcı heyvanı xüsusi qaba yerləşdirdikdən sonra onu baytarlara göndəriblər.

Timsah baytarlar tərəfindən müayinə olunduqdan sonra vəhşi heyvanların saxlanıldığı xüsusi lisenziyalı fermaya və ya zooparka təhvil veriləcək.

“Kiminsə həyətində timsah tapmaq həqiqətən qeyri-adi bir haldır”, – deyə xilasedicilər bildirib.

Qeyd olunur ki, timsahın hücumu nəticəsində heç bir toyuğa zərər dəyməyib, lakin ailə indi belə halların qarşısını almaq üçün ərazilərini diqqətlə yoxlayacaq.

Mənbə: New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir