Kriminal

Məhkumlara azadlıq vədi verən şəxsə elektron qolbaq taxıldı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Qəhrəmanovun (ad, soyad şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Binəqədi Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. Samir Qəhrəmanovun həbsdə saxlanıldığı 1 il 20 gün müddət, azadlıqdan məhrumetmə cəzasının müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə hesablanmaqla 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb. Beləliklə o, qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İttihama görə, Samir Qəhrəmanov zərərçəkmiş A.A.-nın (şərti) etibarından sui-istifadə edərək, onun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs edilmiş tanışlarını həbsdən azad etdirəcəyini yalan vəd verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxsdən ümumilikdə 35 000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra vədinə əməl etməyən Samir Qəhrəmanov cinayət məsuliyyətinə cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir