Kriminal

Vətəndaşların evlərini qanunsuz sökdürən MTK rəhbəri ilə bağlı QƏRAR

Sharing is caring!


Ali Məhkəmədə əmlakı qəsdən məhv etmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Dərgah Nəsirovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, Bakıda yerləşən MTK-lardan birinin rəhbəri olan Dərgah Nəsirov zərərçəkmiş Eynar Məmmədov və Elnarə Şahinin Nərimanov rayonundakı mənzillərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz sökdürüb. O, həmin şəxslərə ümumilikdə 450 198 manat ziyan vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir