Kriminal

Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar – FOTO

Sharing is caring!


Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Tədbirlərlə rayon sakinləri – Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir