Kriminal

Türkiyə kəşfiyyatından əməliyyat: Sinaqoq və kilsələrə hücuma hazırlaşan 32 terrorçu ələ keçirildi – FOTO

Sharing is caring!


Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı Türkiyədə sinaqoq və kilsələrə, həmçinin İraq səfirliyinə hücum etməyə hazırlaşan terrorçular ələ keçirilib.

3-ü İŞİD terror təşkilatının məsul üzvü olmaqla məsələ ilə bağlı 32 şübhəli saxlanılıb.

İŞİD üzvləri olan “Abu Yakin El İraki” kod adlı Mikbel Əş-Şuveysi və “Abu Leys” kod adlı Məhəmməd Hilaf İbrahimin Türkiyədəki sinaqoq və kilsələrə, Abdullah El-Cumeyli İyheb Elaninin isə İraq səfirliyinə qarşı terror aktı həyata keçirməyə hazırlaşdığı məlum olub.

Əməliyyat nəticəsində təşkilata aid çox sayda rəqəmsal material da ələ keçirilib. Həmçinin saxlanılanlar verdikləri ifadələrdə İŞİD-ə qoşulmaları, Suriya və Türkiyədə bununla bağlı fəaliyyət göstərən şəxslər və həyata keçirilən işlər barədə məlumat veriblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir