İdman

Qarabağın futbolçusu müqavilə üçün Macarıstana yollandı – FOTO

Sharing is caring!

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək. 

Sportlife.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.

Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.

Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir