Kriminal

Akif Çovdarov yenidən əmlak mübarizəsində

Sharing is caring!


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizəni davam etdirir.

“Qafqazinfo”nun məlumatına görə, keçmiş məhkum Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verib.

A.Çovdarov qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir. Şikayətə 2024-cü ildə Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarını çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlakın dövlət nəfinə müsadirəsinə qərar verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir