Kriminal

Dövlətə xəyanətə görə tutularaq həbsdə ölən şəxslə bağlı şikayətə baxılıb

Sharing is caring!


Dövlətə xəyanətdə ittiham edilən və həbsdə ölən Səbuhi Səlimovun vəkili tərəfindən verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Səbuhi Səlimovun vəkilinin kassasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov 2022-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.

Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi də Səbuhi Səlimov barəsində hökmü qüvvədə saxlanılıb.

Səbuhi Səlimov həbsdə olduğu müddətdə vəfat edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir