Kriminal

Keçmiş arvadını barışmadığına görə bıçaqlayan şəxsə hökm oxundu

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Faiq Qəniyevn sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 18-də saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-cı il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çox sayda xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb. İttiham aktına əsasən, Samir Əliyev hadisədən əvvəl keçmiş arvadı ilə yenidən barışmaq istəyib. Buna görə, o, görüş təyin edib. Lakin qadın barışmaq istəməyib. Nəticədə Samir bıçaqla qadına xəsarətlər yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir