Kriminal

Cəlilabadda orta məktəbdə mənimsəməyə görə cinayət işi başlanıb

Sharing is caring!


Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ya israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəlilabad Rayon Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir