Kriminal

Hacıqabulda əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs TUTULDU

Sharing is caring!


Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa 1000 manat qarşılığında narkokuryerlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Lənkəran rayon sakini İlqar Əmənullayev rayonun Nəvahi kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb. 

Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu Toral adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitələri 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir