Kriminal

Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Sharing is caring!


Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Famil Abduləli oğlu  Səmədov saxlanılıb.

Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir