Kriminal

Bakıda “atalarını söyən” şəxsi öldürüb yandıran qardaşlarla bağlı QƏRAR

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluqda təqsirləndirilən Xəyal və Tuqay Bayramovların barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, hadisə 2019-cu il noyabrın 23-də Bakının Nərimanov rayonu ərazisində baş verib. Gəncə şəhər sakinləri 1986-cı il təvəllüdlü Tuqay Bayramov və 1991-ci il təvəllüdlü Xəyal Bayramov Naxçıvan şəhər sakini, 1964-cü il təvəllüdlü Adəm Abdullayevi amansızlıqla qətlə yetiriblər.

Cinayət hadisəsini törətmək üçün qabaqcadan əlbir olan qardaşlar niyyətlərini həyata keçirmək üçün mətbəx bıçağı və dəmir parçası ilə silahlanıblar. Ceyhun Hacıbəyli küçəsi, 9 ünvanının qarşısında əvvəl küt alətlə, sonra isə bıçaqla Adəm Abdullayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurduqdan sonra cibindən mobil telefon, içərisində 1 000 manat pul və bank kartları olan pulqabını götürüblər. A.Abdullayevi Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi, 1 ünvanındakı boş əraziyə gətirərək, daha iki zərbə vuraraq ölməsinə tam əmin olduqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədilə neft məhsulunu meyitin üzərinə töküb yandırıblar.

Təqsirləndirilən Tuqay Abbasov ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl aralarında yaranan mübahisə zamanı Adəm onu təhqir edib. O, qardaşı Xəyala “bir nəfər var, atamızı söyüb, onu cəzalandırmaq lazımdır” deyib və cinayət hadisəsini həyata keçiriblər.

Məhkəmə Tuqay Bayramov və Xəyal Bayramovu Cinayət Məcəlləsinin 120.2.1-ci,120. 2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir