Kriminal

Qız qaçıran qohumlara ağır cəza verildi

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda qız qaçırmaqda təqsirləndirilən Zamir Həsənov və onun dayısı oğlu Samir Qafarovun (hər ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırladaq ki, hadisə 20 aprel 2023-cü il tarixində, saat 15 radələrində Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, Zamir Həsənov evlənmək məqsədi ilə dayısı oğlu Samir Qafarovla birgə 2005-ci il təvəllüdlü Məleykə Məmmədovanı (şərti) qaçırıb. Onlar qızı onun yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman Samirin idarə etdiyi VAZ-2107 markalı avtomobilə zorla mindirərək aparıblar.

Daha sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir