Kriminal

Naxçıvanda silsilə yanğınlar törədən şəxs saxlanılıb

Sharing is caring!


Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir