Kriminal

Keçmiş məhkumlar Bakıda sürücünü kəsici alətlə hədələyərək pulunu taladılar

Sharing is caring!


Qaraçuxur qəsəbəsi ərazisində noyabrın 15-də səhər saatlarında “Toyota” markalı avtomobildə iki nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub.

Bunu Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü Tural Xəlilov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Sənan Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir