Kriminal

Müşfiqabadda sürücünü hədələyib telefonunu götürən şəxs saxlanılıb

Sharing is caring!


Noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü  Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı şöbədə araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir