Kriminal

Qusar polisindən ƏMƏLİYYAT – Saxlanılanlar var

Sharing is caring!


Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə beş nəfər saxlanılıb.

Onlar rayon sakinləri – Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov və Quba rayon sakini Ramil Abdurəhmanovdur.

Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir