Kriminal

Binədə iki “Kalaşnikov”, iki qumbara və digər silah-sursat aşkarlanıb – VİDEO

Sharing is caring!


Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində iki ədəd “Kalaşnikov” avtomatı, bir ədəd tüfəng, iki ədəd qumbara və 25 ədəd patron aşkar edilib.

DİN-dən verilən məlumata görə, vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan bir ədəd “Kalaşnikov” markalı avtomatı, bir ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib. Bundan başqa həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, bir ədəd qumbaranı, eləcə də üç ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib. Şöbə əməkdaşları tərəfindən, həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd qumbara, 15 ədəd patron və bir ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir