Kriminal

Qohumunun marketindən yarım milyon manat pulu mənimsəyən şəxsə hökm oxunub

Sharing is caring!


Şəmkirdə qohumu Ramin Əliyevə məxsus “Zirvə” marketdə kassir işləmiş və oradan yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən Laura Əliyevaya hökm oxunub.

“Report”un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, L.Əliyevaya 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttiham aktında qeyd edilib ki, L.Əliyeva “Zirvə” marketdə kassir işlədiyi 2017-2020-ci illər ərzində 500 min manata yaxın pulu mənimsəyib.

Zərərçəkmiş R.Əliyevin vəkili İlqar Rüstəmov deyib ki, cinayət işi ilə bağlı dəymiş ziyan 539 min manat təşkil edir, ancaq istintaq materiallarında isə 500 min manatdan bir qədər az qeyd olunub.

Qeyd edək ki, keçən il dekabr ayında L.Əliyeva təqsirləndirilən şəxs qismində tanınıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir