Kriminal

Balakəndə beş odlu silah aşkar edilib – FOTO

Sharing is caring!


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyatlar zamanı Gərəkli kəndi ərazisində iki ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus iki sandıqça və 57 ədəd patron aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinmiş üç ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir