Kriminal

Naftalanda xeyli silah-sursat polisə könüllü şəkildə təhvil verilib

Sharing is caring!


Naftalanda vətəndaş silah-sursatı könüllü şəkildə polisə təqdim edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini bir neçə il bundan əvvəl tapdığı silah-sursatı könüllü olaraq polisə təqdim edib. Baxış zamanı vətəndaşdan 4 ədəd “F-1” əl qumbarası, 492 ədəd 7,62 mm-lik və 320 ədəd 5,45 mm-lik avtomat patronu, 14 ədəd müxtəlif silahlara məxsus patron darağı və bir ədəd odlu silah aşkarlanıb.

Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir