Cəmiyyət

Sahil Babayev: “Ölkəmizdə hüquqşünas sayı ehtiyacdan çoxdur”

Sharing is caring!


“Ölkəmizdə hüquqşünas sayı ehtiyacdan çoxdur. Amma aqronom sayımız ehtiyaclarımızdan daha azdır”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunun “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəssisələrdə texniklər, orta ixtisas təhsillilər çox azdır:

“Sizə bir misal çəkim. Bu yaxında kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə bir müzakirə apardıq. Orada bildirildi ki, ölkədə günə 25 manatdan aşağı ağac budayan şəxs tapmaq olmur. Hesablayanda 25 gün ərzində onlar kənd yerlərində 700-800 manat əməkhaqqı qazana bilirlər. Hələ ağacbudama sezonunda onların göstərdiyi xidmət 50 manata qalxır. Amma bu gün bizim ixtisaslı işçilərimiz onu qazanmırlar”.

O qeyd edib ki, bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən vətəndaşı 100 faiz əhatə etmir:

“Biz artıq əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir