Kriminal

İmişli sakinindən qanunsuz silah müsadirə edilib – FOTO

Sharing is caring!


İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayonun Bəcirəvan kənd sakini Q.İsmayılov qanunsuz olaraq saxladığı bir ədəd “TOZ-18” markalı yivli silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir