Kriminal

“Lotu Quli”nin yaxın adamını öldürən “Yeraz Camal”a 20 il cəza istənildi

Sharing is caring!


2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənovun bu gün məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror çıxışından sonra məhkəmədən Camal Həsənova 20 il həbs cəzasının verilməsini istəyib. Hakim prosesi təxirə salıb.

Camal Həsənova hökm oktyabrın 18-də oxunacaq.

Qeyd edək ki, hadisə 2017-ci ildə Rusiyada baş verib. Belə ki, “Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov qətlə yetirilən Cabir Həsənovun kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Rafiq oğlu Canıyevin qətlə yetirilməsində iştirak etdiyini eşidib. Bu səbəbdən onu öldürmək üçün Rusiyaya gedib.

“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gedib və onu odlu silahla güllələyərək öldürüb.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb. Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Nəticədə Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir