Dünya

İran – Əfqanıstan sərhədində toqquşmalar baş verib

Sharing is caring!

Bazar günü Əfqanıstan və İran sərhədində silahlı toqquşmalar baş verib.

Məlumata görə, atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilmir.

İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib.

Yayılan xəbərlərə görə, İran sərhədçiləri ilə Taliban arasında silahlı toqquşmalar hələ də davam edir. Tərəflər yüngül və ağır silahlardan istifadə edirlər. İran tərəfinin atdığı raketlər əyalətin inzibati mərkəzi Zərənc şəhərində “Taliban” polisinin qərargahının yaxınlığına düşüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir