Kriminal

Şagirdinə qarşı əxlaqsızlıq edən 73 yaşlı müəllim cəzalandırıldı

Sharing is caring!


Bakıda rəsm kursunda yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş 73 yaşlı müəllim məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153.1-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılan H.Tağıyevin (şərti) işi Nizami Rayon Məhkəməsinə göndərilib.

Bildirilib ki, 8 il əvvəl təqaüdə çıxan H.Tağıyev həmin vaxtdan yaşadığı yerin yaxınlığındakı kurslardan birində rəsm müəllimi kimi işləyib.

Onun 2022-ci ildə 15 yaşlı şagirdinə qarşı müxtəlif əxlaqsız hərəkətlər etməsi barədə polisə müraciət daxil olub və barəsində cinayət işi açılıb.

Məhkəmə bir neçə gün əvvəl 73 yaşlı müəllimə hökm oxuyub. Ona qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir