Kriminal

Sarayda üç nəfər bıçaqlanıb, ölən var

Sharing is caring!


Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir