Kriminal

Göygöldə silah satmaq istəyən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan bir ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7,62 mm-lik patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir