Kriminal

Mingəçevirdə hotel ərazisində 47 yaşlı kişi öldü

Sharing is caring!


Mingəçevirdə istirahət mərkəzində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərdəki hotellərdən birinin ərazisində yerləşən istirahət mərkəzində baş verib.

47 yaşlı Ağakişiyev Firayıl Vəkil oğlunun halı qəfil pisləşib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da yolda ölüb.

Qeyd edək ki, F. Ağakişiyev şəhid İlkin Ağakişiyevin əmisidir. Mərhum bir müddət əvvəl xəstəxanada əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir