Kriminal

20 manat borca görə həmyerlisini öldürdü, 13 il cəza aldı

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmişli sakinini borca görə qətlə yetirməkdə təqsirləndirilən Xəyal Surxayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 02 dekabr 2022-ci il tarixdə, saat 19:15 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Xəyal Zaman oğlu Surxayev şəxsi münasibətlər zəminində həmyerlisi, 1994-cü il təvəllüdlü İlkin İlqar oğlu Hüseynovu bıçaqla qətlə yetirib. 

Məlumata görə, qətli törədən Xəyal Surxayev öldürdüyü İlkin Hüseynova 120 manata telefon satıb. İlkinin Xəyala 20 manat borcu qalıb. Bir müddət sonra Xəyal ona zəng edərək borcunun qalanını istəyib. Ancaq aralarında qarşılıqlı söyüş, təhqir yaşanıb. 

Məsələni üz-üzə həll etmək istəyən həmyerlilərin mübahisəsi sonda qətllə nəticələnib. Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Surxayev saxlanılıb. Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir