Kriminal

İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

Sharing is caring!


Avqust ayının 12-də Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu ərazinin mühafizəsi sahil nəzarəti bölmələri tərəfindən gücləndirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Eduard Rəhman oğlu Əliyev və Masallı rayonunun Qodman kənd sakini, 1992-ci il təvəllüdlü Nurəddin Şirvan oğlu Əlizadə ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram “Metadon M40” narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir