Kriminal

Bakıda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəticədə Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan bir ədəd “Makarov” markalı tapança, bir ədəd patron darağı və dörd ədəd patron aşkar edilərək götürülüb.

A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3 000 manata satmaq istədiyini bildirib.

Saxlanılan şəxslər barəsində 13-cu Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir